DÜNYA


Türkiyədə hər üç nəfərdən biri artıq çəkidən əziyyət çəkir

İstanbul, 2 iyun, AZƏRTAC

Türkiyədə ölkə əhalisi arasında piylənmə səviyyəsinin müəyyən edilməsi məqsədilə yaradılan komissiyanın araşdırmalarının nəticəsi açıqlanıb. İki il yarım davam edən tədqiqatların nəticələrinə dair hazırlanan hesabata əsasən, qardaş ölkədə hər üç nəfərdən biri artıq çəkidən əziyyət çəkir ki, bu da ümumi əhalinin təxminən 34 faizini təşkil edir.

AZƏRTAC xəbər verir ki, hesabatda piylənmə fərdin çəkisi, boyu, cinsiyyəti və irqi xüsusiyyətləri ilə təyin olunan dəyərlərin normadan üstün olduğu ciddi və xroniki bir xəstəlik olaraq qiymətləndirilir. Bundan əlavə artıq çəkinin ən asan görüləcək və eyni zamanda ən asanlıqla nəzərdən qaçacaq qlobal ictimai sağlamlıq problemi olduğu da müəyyən edilib. Qeyd olunub ki, problemin aradan qaldırılması üçün fizioloji və psixoloji mütəxəssislərin kompleks şəkildə fəaliyyəti mütləqdir.

Hesabatda artıq çəkinin səbəb olduğu xəstəliklər arasında ürək-damar, tənəffüs yolları, diabet və ümumilikdə endikrinoloji, depressiya və bu kimi bir sıra psixoloji problemlər yer alır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.