DÜNYA


Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya düşüb

Ankara, 9 avqust, AZƏRTAC

Türkiyədə hərbçiləri daşıyan avtomobil idarəetmənin itirilməsi səbəbindən qəzaya düşüb.

AZƏRTAC xəbər verir ki, hadisə Türkiyə-Ermənistan dövlət sərhədində, İqdırın Çiftlik kəndi ərazisindəki hərbi xidmət məntəqəsində baş verib. Altı hərbçi yaralanıb. İqdır Dövlət Xəstəxanasına çatdırılan hərbçilər üçün həyati təhlükə olmadığı bildirilir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.