DÜNYA


Türkiyədə hərbi avtomobilin aşması nəticəsində 11 hərbçi yaralanıb

Ankara, 5 mart, AZƏRTAC

Türkiyədə Şırnak-Cizrə şosesinin 25-ci kilometrliyində yolun sürüşkən olması səbəbindən hərbi avtomobil qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, maşının çevrilməsi nəticəsində avtomobildəki hərbçilərdən 11-i yaralanıb. Yaralılar Şırnak və Cizrə dövlət xəstəxanalarına çatdırılıblar. Yaralılar üçün həyati təhlükə olmadığı bildirilir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.