DÜNYA
Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunanların həbsi davam edir [YENİLƏNİB]
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, çoxlu sayda polis hərbi çevrilişə cəhddə ittiham olunan yüksək rütbəli hərbçiləri nəzarətə götürmək üçün Konya 3-cü Əsas Qırıcı Hərbi Bazasına daxil olub. Əməliyyat zamanı baza komandiri Mustafa Ərtürkün də aralarında olduğu 6 nəfər nəzarətə götürülüb.
18:16
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Başyavəri (hərbi müşavir) Ali Yazıçı üçün də həbs qərarı verilib.
Türkiyə mətbuatında yayılan məlumatlarda Ali Yazıçının iyulun 15-də Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Marmarisdə deyil, Ankarada olduğu bildirilir. Prezident Sarayının baş katibi Fəxri Kasırğanın qaçırılmasında da Albay Yazıçının əli olduğu iddia edilir.
16:09
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 17-də Türkiyə Hərbi Hava Qüvvələrinin sabiq komandiri Akın Öztürk Ankara Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Akın Öztürk və general-polkovnik Mətin İyidil dövlət çevrilişində cəhddə, vətənə xəyanətdə ittiham olunublar.