DÜNYA


Türkiyədə hərbi maşınla polis avtomobili toqquşub, 35 nəfər yaralanıb

İstanbul, 7 iyun, AZƏRTAC 

Türkiyənin Qars bölgəsində polis və hərbçilərin avtomobillərinin toqquşması nəticəsində 2-si polis, 33-ü hərbçi olmaqla 35 nəfər yaralanıb.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, qəzaya düşən polislər Baş nazir Binəli Yıldırımın mühafizəsinin əməkdaşlarıdır.

Yaralılar xəstəxanalara daşınıb, qəzaya uğramış avtomobillər yoldan kənarlaşdırılıb, nəqliyyatın hərəkəti bərpa olunub. 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.