DÜNYA
Türkiyədə hərbi sursat anbarında baş vermiş partlayışda 4 hərbçi həlak olub
Ankara,10 noyabr, AZƏRTAC
Noyabrın 9-da Türkiyənin Hakkari bölgəsinin İraqla sərhədində yerləşən Şemdinli rayonuna bağlı Derecik Ortaklar kəndində hərbi sursat anbarında baş verən partlayışda dörd hərbçi həyatını itirib.
AZƏRTAC xəbər verir ki, hadisənin təfərrüatı barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. Partlayış nəticəsində, həmçinin 20-dək hərbçinin yaralandığı bildirilir. Yaralılar helikopterlərlə Yüksekova və Hakkari xəstəxanalarına çatdırılıb.
Hələlik partlayışın səbəbi açıqlanmır. Hadisənin baş verdiyi yerdən videomaterial yaymaq rəsmən qadağan olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]