DÜNYA


Türkiyədə hündürlüyünə görə dünyada üçüncü olan su anbarının inşası davam edir

Ankara, 6 iyun, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videoformatda “Yusifəli” su anbarının tikintisində istifadə olunan 3 milyonuncu beton panelin tökülməsi münasibətilə təşkil olunan mərasimə qatılıb.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı çıxışında Türkiyədə sürətlə həyata keçirilən su anbarı inşaatında əldə olunan uğurlardan danışıb. Diqqətə çatdırılıb ki, son 18 ildə ölkədə 585 yeni su anbarı tikilib. Davamlı həyata keçirilən bu layihələr bir tərəfdən sel və daşqınların qarşısını alır, digər tərəfdən isə suvarma və elektrik enerjisi istehsalı sahəsində böyük nəticələrə gətirir.

Qeyd edək ki, 275 metr hündürlüyü olan “Yusifəli” su anbarı təxminən 100 mərtəbəli bina ucalığındadır. Bu anbar hündürlüyünə görə, dünyada üçüncü, Türkiyədə birinci yerdədir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.