DÜNYA


Türkiyədə icazəli kütləvi tədbirlərə yoxlama-nəzarət tətbiq olunacaq

Ankara, 7 avqust, AZƏRTAC

Türkiyədə keçirilən toy, nişan və nikah məclislərində koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yoxlama-nəzarət aparılacaq.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin bütün valiliklərinə bununla bağlı təlimat göndərib. Təlimatda bildirilir ki, yoxlama-nəzarət tədbirlərində məqsəd koronavirusla əlaqədar sosial həyat üçün müəyyən edilən məhdudiyyətlərə necə əməl olunmasını öyrənməkdir. Yoxlama-nəzarətlərin nəticələrinə uyğun olaraq məhdudiyyətlərlə bağlı təkliflər hazırlanacaq.

Qeyd edək ki, hazırda Türkiyənin 32 vilayətində 37-si kənd olmaqla ümumilikdə 83 yaşayış məntəqəsi yeni növ koronavirusa qarşı qabaqlayıcı tədbirlər çərçivəsində karantinə alınıb. Ekspertlər gündəlik aşkar edilən yoluxma sayındakı artımı kütləvi tədbirlərdə qaydalara əməl edilməməsi ilə əlaqələndirirlər. O cümlədən yallı tutmaq xəstəliyin əsas yayılma mənbələrindən hesab edilir. Risklərin çox olduğunu nəzərə alaraq, bəzi şəhərlərdə əsgərlərin yolasalma mərasimlərinin keçirilməsinə də qadağalar qoyulub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.