DÜNYA
Türkiyədə inşa edilən “Yusifəli” SES böyüklüyünə görə dünyada beşinci yerdədir
Ankara, 20 noyabr, AZƏRTAC
Arvin bölgəsində yeni inşa edilən “Yusifəli” su anbarı və su elektrik stansiyası (SES) böyüklüyünə görə, Türkiyədə birinci, dünyada beşinci yerdədir.
AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə noyabrın 22-də SES hövzəsində su toplanmasına başlanması münasibətilə mərasim keçirilməsi gözlənilir.
“Yusifəli” SES-in bəndinin qövsvari uzunluğu 275 metrdir. 2018-ci il iyulun 11-də təməli atılan bəndin tikintisində ümumilikdə 4 milyon 61 min kubmetr beton işlədilib. Su anbarı çərçivəsində ümumilikdə 69,2 kilometr uzunluğunda yol çəkilib. Yolun üzərində 39 tunel və 19 körpü var.
SES elektrik istehsalına başlayandan sonra ildə təxminən 4,1 milyard türk lirəsi gəlir gətirəcək. Bundan başqa ətraf bölgələrdə suvarma şəraiti yaxşılaşacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]
Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib
- 24.04.2024 [11:50]