DÜNYA


Türkiyədə kanat yolundakı nasazlıq təhlükəli anlar yaşadıb

Ankara, 17 yanvar, AZƏRTAC 

Türkiyənin Uludağ bölgəsindəki kanat yolunda baş verən nasazlıq səbəbindən təhlükəli anlar yaşanıb.

AZƏRTAC xəbər verir ki, kanat yolunda hərəkətin dayanması səbəbindən 6 kabinədə 11 turist köməksiz qalıb. Turistlər mənfi 15 dərəcə temperaturda təxminən 1,5 saat köməksiz, donmaq təhlükəsi ilə üz-üzə qalıblar.

Təhlükənin aradan qaldırılması üçün bölgəyə xilasedici dəstələr cəlb olunub. Turistlərdən ikisi xəstəxanaya çatdırılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.