DÜNYA


Türkiyədə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri sürətləndirilib

Ankara, 9 fevral, AZƏRTAC

Türkiyədə martın 31-də keçiriləcək növbəti bələdiyyə seçkilərinə hazırlıq işləri sürətləndirilib. Namizədlərin qeydə alınmasından sonra seçki prosesinin ən qızğın mərhələsi başlanacaq.

AZƏRTAC xəbər verir ki, Ali Seçki Komissiyasının (YSK) qərarına görə, Ədalət və İnkişaf Partiyası (AKP), Müstəqil Türkiyə Partiyası (MTP), Böyük Birlik Partiyası (BBP), Cümhuriyyət Xalq Partiyası (CHP), Demokrat Partiya (DP), Demokratik Sol Partiyası (DSP), Xalqların Demokratik Partiyası (HDP), İYİ Partiya, Milliyyətçi Hərəkat Partiyası (MHP), Səadət Partiyası (SP), Türkiyə Kommunist Partiyası (TKP) və Vətən Partiyası olmaqla, 12 siyasi qurum seçkilərdə iştirak edəcək.

Fevralın 19-da namizədlərin qeydə alınması prosesi başa çatacaq.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifətdən olan Milliyyətçi Hərəkat Partiyası (MHP) “Cümhur ittifaqı”nda birləşərək seçkiyə daxil olublar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.