DÜNYA


Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərinə səsvermə seçici fəallığı ilə müşahidə olunub VİDEO

İstanbul, 24 iyun, AZƏRTAC 

Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkiləri seçici fəallığı ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, səsvermə Ankara vaxtı ilə saat 8:00-da başlayıb. Səsvermə ümumi seçici fəallığı ilə keçirilib. Vətəndaşlar azad şəkildə siyasi iradələrini ifadə ediblər. Səhər saatlarından başlayaraq səsvermə məntəqələrinin qarşısında növbələr yaranıb.

Səsvermə saat 17:00-da başa çatıb. Prosesi izləmək üçün 34 ölkədən 650 KİV təmsilçisi və 500-dən çox beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Ankara, İstanbul və Diyarbəkir şəhərlərində KİV təmsilçiləri üçün üç mətbuat mərkəzi fəaliyyət göstərir. Nazirlər Kabinetinin mətbuat və informasiya baş idarəsi tərəfindən təşkil olunan bu mərkəzlərdə KİV nümayəndələri üçün bütün texniki şərait yaradılıb.

Ali Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə 60 milyona yaxın vətəndaşın səsvermə hüququ olub. Onlardan təxminən 3,5 milyonu xarici ölkələrdəki diplomatik korpuslarda səsvermə qeydiyyatından keçiblər. Xaricdə istifadə olunan səsvermə bülletenləri artıq ölkəyə gətirilib.

AZƏRTAC-ın xüsusi müxbiri səsvermənin ümumi vəziyyətini öyrənmək üçün vətəndaşlara müraciət edib. Müsahibələrdə səsvermənin yüksək səviyyədə təşkilindən razılıq ifadə olunub.

Səsvermənin ilkin nəticələri iyunun 24-də yerli vaxtla 23:00-dan sonra elan olunacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.