DÜNYA


Türkiyədə koronavirus infeksiyasından dünyasını dəyişənlərin sayı artmaqdadır

Ankara, 10 may, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus infeksiyasından dünyasını dəyişənlərin sayı 43 min 29 nəfərə çatıb. Hazırda bu xəstəlikdən reanimasiyada 3 min 81 nəfər müalicə alır.

AZƏRTAC Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 9-da ölkədə 197 min 468 nəfər testdən keçirilib. Onlardan 15 min 191 nəfərdə infeksiyanın əlamətləri aşkarlanıb, 2 min 102 nəfər xəstəxanalara cəlb edilib, gün ərzində 25 min 694 nəfər sağalıb.

İndiyədək Türkiyədə ümumilikdə 5 milyon 31 min 332 nəfərdə virus aşkarlanıb, 4 milyon 716 min 918 nəfər sağalıb.

Qeyd edək ki, Türkiyədə COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aprelin 29-da yerli vaxtla saat 19:00-da qüvvəyə minən növbəti “Evdə qal!” rejimi tam qapanma şəraitində 17 gün fasiləsiz davam edərək mayın 17-də saat 05:00-dək davam edəcək. Qarşımızdakı həftədə keçiriləcək hökumətin iclasında mayın 17-dən sonrakı dövrdə ölkədə virusla mübarizə tədbirləri planının müzakirəsi gözlənilir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.