DÜNYA


Türkiyədə koronavirus infeksiyasından son sutkada 339 nəfər dünyasını dəyişib

Ankara, 30 aprel, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasında, gündəlik ölüm halında və ağır xəstələrin sayındakı dinamikada yuxarı hədd davam etməkdədir.

AZƏRTAC Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, aprelin 29-da ölkədə 278 min 108 nəfər testdən keçirilib. Onlardan 37 min 674 nəfərdə infeksiyanın əlamətləri aşkarlanıb, 2 min 716 nəfər xəstəxanalara cəlb edilib. Gün ərzində bu xəstəlikdən 339 nəfər ölüb, 43 min 253 nəfər isə sağalıb.

İndiyədək ümumilikdə 4 milyon 788 min 700 nəfərdə virus aşkarlanıb, 39 min 737 nəfər ölüb.

Hazırda 3 min 581 nəfər reanimasiyadadır.

Qeyd edək ki, Türkiyədə COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aprelin 29-da yerli vaxtla saat 19:00-da qüvvəyə minən növbəti “Evdə qal!” rejimi tam qapanma şəraitində 17 gün fasiləsiz davam edərək mayın 17-də saat 5:00-da başa çatacaq.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.