DÜNYA


Türkiyədə koronavirus riski artan bölgələrdə sərt qadağalar tətbiq olunur

Ankara, 15 avqust, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası riski olan bölgələrdə məhəllələr üzrə sərt tədbirlərə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Ankaranın Etimesgut rayonunun Fevziyə məhəlləsi karantinə alınıb. Hazırda pasport qeydiyyatında 463 sakini və 130 ev olan məhəlləyə giriş-çıxış dayandırılıb. Qaziantep valisi isə iki həftə boyunca vilayət ərazisində bütün ictimai tədbirləri, yürüş, mitinq, idman yarışları və s. mərasimlərin keçirilməsini məhdudlaşdıran qərar qəbul edib. Toy və nişanlarda isə gəlin və bəyin valideynlərindən başqa 65 yaşdan yuxarı olanlar iştirak edə bilməzlər.

Qeyd edək ki, hazırda Türkiyədə infeksiyaya yoluxmada aşkar edilən gündəlik say 1200 nəfər əhatəsindədir. Gündəlik artım aidiyyəti qurumları ciddi narahat etməyə başlayıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.