DÜNYA
Türkiyədə koronavirus yoluxmasına görə iki milyona yaxın test aparılıb
Ankara, 29 may, AZƏRTAC
Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirlərinə baxmayaraq gündəlik yoluxma və ölüm halları davam etməkdədir. Bu vaxtadək 1 milyon 964 min 364 nəfər koronavirus testindən keçirilib. Hazırda 662 nəfər reanimasiyadadır.
AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 29-da ölkə üzrə 36 min 155 nəfər testdən keçirilib. Onlardan 1141 nəfər xəstə çıxıb. Gün ərzində 1594 nəfər sağalıb, 28 nəfər dünyasını dəyişib. Beləliklə, məlum infeksiyadan sağalanlar 125 min 963, ölənlərin sayı isə 4 min 489 nəfərə çatıb.
Qeyd edək ki, hökumətin qəbul etdiyi normallaşma planına əsasən, mayın 28-də sərnişin qatarlarının fəaliyyəti bərpa edilib. Hava nəqliyyatında isə iyunun 4-dən etibarən daxili, 10-dan isə xarici reyslərin həyata keçirilməsi gözlənilir. Mayın 29-da məscidlər ibadətə açılıb. İki gündən sonra hərbi qulluqçuların orduya çağırılması, iyunun 5-dən isə tərxis olunması işlərinə başlanılacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]