DÜNYA


Türkiyədə koronavirusa gündəlik yoluxmada sürətli artım müşahidə edilib

Ankara, 5 avqust, AZƏRTAC

Türkiyə koronavirus (COVID-19) pandemiyasına qarşı sistemli tədbirlərin görülməsinə baxmayaraq gündəlik yoluxma sayında yenidən sürətli artım başlayıb.

AZƏRTAC Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, avqustun 4-də ölkə üzrə ümumilikdə 46 min 249 nəfər üzərində test aparılıb. Onlardan 1083 xəstə çıxıb. Bu göstərici avqustun 3-dəki sayla müqayisədə 88 nəfər çoxdur. Gün ərzində 18 nəfər ölüb, 994 nəfər sağalıb. İndiyədək ölkədə 4 milyon 973 min 466 nəfər üzərində infeksiya yoxlaması aparılıb. Onlardan 234 min 934 nəfərdə infeksiya aşkar edilib. Ölənlərin sayı 5 min 765 nəfərdir.

Qeyd edək ki, Qurban bayramı günlərində kütləvi toplaşma və ünsiyyətə qarşı qoyulan məhdudiyyətlərə əməl edilməyib. Səhiyyə naziri Fahrettin Koca bu vəziyyətin epidemiyanın yayılması riskini ciddi şəkildə artıracağı barədə xəbərdarlıq etmişdi. Ehtimal edilir ki, yaxın günlərdə gündəlik yoluxma sayında artım müşahidə olunacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.