Türkiyədə koronavirusa yoluxanların sayı 290 minə yaxınlaşır
AzerTAg.az
Ankara, 11 sentyabr, AZƏRTAC
Türkiyə üzrə xəstəxanalarda çarpayıların 48 faizi, reanimasiyalardakı yerlərin 33 faizi, süni nəfəs aparatlarının isə 68 faizi boşdur. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə Türkiyə hökumətinin əsas hədəfi yoluxma sayındakı artımın qarşısını almaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ölkənin səhiyyə sahəsindəki vəziyyətini dəyərləndirərək ifadə edib.
Nazir bildirib ki, bu mövsüm qrip riski ilə bağlı peyvənd tədarükündə də ehtiyatlar artırılır. Sentyabrın 10-da Türkiyə üzrə 107 min 702 nəfər koronavirus testindən keçirilib. Onlardan 1512 nəfər xəstə çıxıb. Sutka ərzində 1219 nəfər sağalıb, 58 xəstə dünyasını dəyişib. Gündəlik ölüm halında da yüksəliş davam edir. Bu vaxtadək koronavirusa yoluxanların sayı 286 min 455 nəfərə çatıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xəbərin mətnində orfoqrafik səhv var