DÜNYA


Türkiyədə koronavirusdan gündəlik ölüm halları azalır

Ankara, 1 iyun, AZƏRTAC

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirlərinə baxmayaraq gündəlik yoluxma və ölüm halları davam edir. Lakin hər iki halda nisbi azalma müşahidə olunur. Bu vaxtadək 2 milyon 70 min 719 nəfər koronavirus testindən keçirilib. Hazırda 651 nəfər reanimasiyada, 283 xəstə süni nəfər aparatına qoşulmuş haldadır.

AZƏRTAC Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, iyunun 1-də ölkə üzrə 31 min 525 nəfər testdən keçirilib. Onlardan 827 nəfərində virus aşkarlanıb. Bildirilir ki, gün ərzində 974 nəfər sağalıb, 23 nəfər dünyasını dəyişib. Beləliklə, məlum infeksiyadan sağalanların sayı 128 min 947, ölənlərin sayı isə 4 min 563 nəfərə çatıb. Ümumi yoluxma sayı 164 min 769 nəfərdir.

Qeyd edək ki, Türkiyədə koronavirus məhdudiyyətlərinin aradan qaldırılması davam edir. Hökumətin qərarı ilə sosial həyatın bərpası nizamlı şəkildə nəzarətlə reallaşdırılır. Mayın 28-də dəmir yolunda sərnişin qatarları fəaliyyətə başlayıb. İyulun 1-də isə ölkədaxili aviareyslərin fəaliyyətinin bərpasına başlanılıb. “Türk Hava Yolları” İstanbul ilə Ankara, Antalya, İzmir və Trabzon şəhərləri arasında uçuşlar həyata keçirib. İctimai nəqliyyatın hərəkəti xüsusi qaydalarla tənzimlənir. Sosial məsafə, təmizlik və maska taxmaq ən vacib tələblər sırasındadır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.