DÜNYA


Türkiyədə koronavirusdan gündəlik ölüm sayı sürətlə artır

Ankara, 18 aprel, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılmasında, gündəlik ölüm halında və ağır xəstələrin sayında dinamik artım davam edir. Müqəddəs Ramazan ayı ilə əlaqədar məhdudiyyətlərin nisbətən sərtləşdirilməsinə baxmayaraq infeksiyanın statistik göstəriciləri təhlükəli məcrada inkişafdadır.

AZƏRTAC Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, aprelin 17-də ölkədə 319 min 316 nəfər testdən keçirilib. Onlardan 62 min 606 nəfərində infeksiyanın əlamətləri aşkarlanıb, 2973 nəfər xəstəxanalara cəlb edilib. Gün ərzində bu xəstəlikdən 288 nəfər ölüb, 52 min 184 nəfər isə sağalıb. Gündəlik ölüm sayı ötən həftənin ayrı-ayrı günləri ilə müqayisədə təxminən 100 nəfər çoxdur.

Türkiyədə indiyədək ümumilikdə 4 milyon 212 min 645 nəfərdə virus aşkarlanıb, 35 min 608 nəfər ölüb.

Hazırda 3 min 240 nəfər reanimasiyadadır. Ağır xəstə sayının durmadan artması ölüm hallarının yüksəlişinə birbaşa təsir göstərir. Hazırda ağır xəstələrin sayı ötən həftəyə nisbətən orta hesabla 1000 nəfər çoxdur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.