DÜNYA


Türkiyədə koronavirusdan ölənlərin sayı durmadan artır

Ankara, 19 aprel, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus infeksiyası səbəbindən son sutkada 318 nəfər dünyasını dəyişib. Bu göstərici aprelin 17-si ilə müqayisədə 30 nəfər çoxdur. Ağır xəstələrin durmadan artması göstərir ki, yoluxmada azalma baş verməsə gündəlik ölüm halı bir müddət bu dinamika ilə davam edəcək.

AZƏRTAC Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, aprelin 18-də ölkədə 301 min 243 nəfər testdən keçirilib. Onlardan 55 min 802 nəfərində infeksiyanın əlamətləri aşkarlanıb, 3 min 101 nəfər xəstəxanalara cəlb edilib. Gün ərzində 55 min 802 nəfər sağalıb. Gündəlik ölüm sayı ötən həftənin ayrı-ayrı günləri ilə müqayisədə təxminən 100 nəfər çoxdur.

Türkiyədə indiyədək ümumilikdə 4 milyon 268 min 447 nəfərdə virus aşkarlanıb, 35 min 926 nəfər dünyasını dəyişib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.