DÜNYA


Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir

İstanbul, 2 aprel, AZƏRTAC

Koronavirusa qarşı qabaqlayıcı tədbirlər çərçivəsində Türkiyə əhalisinin böyük əksəriyyəti, o cümlədən aktyorlar vaxtlarını evlərində keçirirlər. Bununla bağlı ölkənin TRT 1 kanalında yeni serialın çəkilişlərinə start verilib.

AZƏRTAC xəbər verir ki, hazırda dünyanın ən aktual şüarı olan “Evdə qal!”a uyğun olaraq “Ev halı” adlı serial sənətçilərin evlərindən çəkdikləri videolar əsasında hazırlanır.

Serialın prodüser, ssenarist və rejissorluğunu öz üzərinə götürən Birol Güven həm də baş rolun ifaçısıdır. Bu barədə danışan B.Güven yeni ekran əsərinin insanların xəstəliklə bağlı maarifləndirilməsi, evdə keçirdikləri vaxtın səmərəli istifadəsi baxımından da əhəmiyyətli olduğunu bildirib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.