DÜNYA


Türkiyədə koronavirusla bağlı səhv məlumat verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar

İstanbul, 25 sentyabr, AZƏRTAC

Türkiyədə COVID-19-la bağlı yeni qaydalar qüvvəyə minib.

AZƏRTAC xəbər verir ki, bu qaydalara əsasən, virusa yoluxan şəxs ünsiyyətdə olduğu insanlarla bağlı səhv, əskik və ya həqiqətə uyğun olmayan məlumat verəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacaq. Həmin şəxsə üç aydan iki ilədək həbs cəzası verilə bilər. Belə ki, ölkənin bəzi bölgələrində COVID-19-a yoluxan şəxslə ünsiyyətdə olan insanların adlarının gizlədilməsi və ya təmasda olmadığı təqdirdə bəzi adların verilməsi halları müşahidə edilib.

Bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən yeni sənəd hazırlanaraq ölkənin 81 vilayətinin aidiyyəti qurumlarına göndərilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.