DÜNYA


Türkiyədə koronavirusla mübarizə qaydalarını pozan 9 min 877 nəfərə qarşı hüquqi tədbir görülüb

Ankara, 1 iyun, AZƏRTAC

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri çərçivəsində 15 vilayət üzrə tətbiq olunan növbəti komendant saatı rejimi başa çatıb.

AZƏRTAC xəbər verir ki, mayın 30-da yerli vaxtla saat 00.00-qüvvəyə minən budəfəki rejim müddətində qaydaları pozduğuna görə, ümumilikdə 9 min 877 nəfərə qarşı hüquqi tədbir görülüb. Bundan başqa, 64 vilayət üzrə 428 yaşayış məntəqəsindəki karantin rejimi aradan qaldırılıb.

İyirmisi kənd olmaqla, 24 vilayəti əhatə edən 58 yaşayış yerində karantin davam edir. Bu yerlərdə ümumilikdə 51 min 669 vətəndaş məskundur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.