CƏMİYYƏT


Türkiyədə koronavirusa yoluxan vətəndaşlarımızın əksəriyyətinin müalicəsi uğurlu olub

Ankara, 23 may, AZƏRTAC

Türkiyədə yeni növ koronavirusa (COVID-19) yoluxan vətəndaşlarımızla intensiv əlaqə saxlanılır.

Azərbaycanın Ankaradakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək Türkiyədə 28 vətəndaşımız infeksiyaya yoluxub. Bu günədək həmin xəstələrdən beşi vəfat edib. İnfeksiyaya yoluxan vətəndaşlarımızın əksəriyyətinin müalicəsi uğurlu olub. COVID-19 ilə bağlı səfirliyə vətəndaşlarımız barədə daxil olan bütün məlumatlar qeydə alınır. Lakin bütün yoluxan vətəndaşlarımız bu barədə səfirliyə məlumat vermirlər və Türkiyənin rəsmi qurumlarında da bu məsələyə dair xarici vətəndaşlar haqqında xüsusi bölgülü məlumat yoxdur.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.