DÜNYA


Türkiyədə kütləvi vaksinləşmənin əhəmiyyəti ilə bağlı videoçarx hazırlanıb

Ankara, 10 may, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində kütləvi peyvəndləmənin aparılması ləngimədən davam edir. Ekspertlər hesab edirlər ki, iki doza peyvənd olunanların sayı 40 milyonu keçəndə ölkədə həyat normal axara düşməyə başlayacaq. Hazırda tətbiq olunan vaksinin ümumi sayı 25 milyonu ötüb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi kütləvi peyvəndləmənin müsbət nəticəsi ilə bağlı xüsusi videoçarx hazırlayıb. Materialın məğzi ondan ibarətdir ki, vaksinləşmə nəticəsində doğma adamlar bir-biri ilə çəkinmədən təmas yarada bilirlər. Həyat özü şirinliyi ilə davam edir.

Qeyd edək ki, Türkiyədə peyvəndləmə Çin istehsalı olan “Sinovac” vaksini ilə aparılır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.