DÜNYA


Türkiyədə lazer müdafiə sisteminin uğurlu sınağı keçirilib

İstanbul, 10 iyun, AZƏRTAC 

Türkiyədə yerli istehsal olan lazer müdafiə sisteminin (LMS) ilkin sınağı uğurla başa çatıb.

AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, yeni lazer müdafiə sistemi Türkiyənin ASELSAN şirkətində istehsal olunub. Tamamilə yerli istehsal olan bu sistem zirehli hərbi maşın üzərində yerləşdirilir. Bu silah təsbit edilmiş təhlükəli hədəfi, o cümlədən pilotsuz aparatın özünü, onun apardığı yükü və yaxud kamerasını dəqiq zərərsizləşdirmək qabiliyyətinə malikdir.

 

Sabir Şahtaxtı 

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.