DÜNYA


Türkiyədə məktəbliləri daşıyan mikroavtobus aşıb

Ankara, 7 dekabr, AZƏRTAC

Türkiyənin Diyarbəkir vilayətinin Çınar rayonunda məktəbliləri daşıyan mikroavtobus ilə ağır tonnajlı yük maşını toqquşub.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Ovabağ məhəlləsində baş verən yol-nəqliyyat hadisəsində mikroavtobus zərbədən aşıb. Hadisə nəticəsində əksəriyyəti şagird olmaqla 15 nəfər yaralanıb. Qəza yerində yaralılara ilkin tibbi yardım göstərilib və hamısı xəstəxanaya yerləşdirilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.