DÜNYA


Türkiyədə meşə yanğınında 80 hektarlıq sahə kül olub

İstanbul, 13 avqust, AZƏRTAC

Türkiyənin Balıkesir şəhərinin Marmara adasında avqustun 12-si günorta saatlarından etibarən başlayan meşə yanğınları 11 saat davam edən yanğınsöndürmə əməliyyatından sonra söndürülüb.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində 80 hektarlıq meşə sahəsi kül olub.

Yanğının yaşayış ərazilərinə çox yaxın bölgədə baş verməsi və güclü küləyin təsirindən böyüməsi yanğınsöndürənlərin işində çətinliklər yaradıb.

Son məlumata görə, hadisə nəticəsində iki ev və Türkiyənin jandarma qüvvələrinə aid bir neçə qərargah yanıb, 60 ev tamamilə boşaldılıb.

Yanğın nəticəsində dördü yanğınsöndürən olmaqla, 19 nəfər tüstüdən zəhərlənib. Çox sayda heyvan tələf olub.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.