DÜNYA


Türkiyədə meşə yanğınını törədən şəxs saxlanılıb

Ankara, 23 iyun, AZƏRTAC

Türkiyənin Marmaris bölgəsindəki meşə yanğınını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. O, törətdiyi əməli etiraf edib. Bundan başqa, hadisə yerində iki benzin bidonu da tapılıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu Yanğın Koordinasiya Mərkəzindəki açıqlamasında məlumat verib.

Nazir diqqətə çatdırıb ki, tutulan şəxs keçmişdə həmin rayonla bağlı yaranmış ticarət mübahisəsi ucbatından əsəbiləşib və hətta ailəsində yaranan problem səbəbindən özünü öldürmək istədiyini də bildirib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.