Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Türkiyədə meşə yanğınları, Qarabağda məhv edilən meşələr və tarixin dərsləri haqqında...

Bakı, 4 avqust, AZƏRTAC

Qarabağ bərpa edilərək əvvəlkindən daha da gözəl və yaşıl olmalıdır! Bu, bizim mənəvi borcumuzdur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib. O vurğulayıb ki, avqustun 2-də Böyük Britaniyanın "The Guardian" nəşri Türkiyə hakimiyyətinin dünya ictimaiyyətini on minlərlə hektar ərazini məhv edən dəhşətli yanğınlara qarşı mübarizədə onlara yardım göstərməyə çağırması barədə xəbər dərc edib. Avqustun 3-də isə Türkiyənin "Daily Sabah" nəşri meşələri bürüyən alovla mübarizədə dost və müttəfiqlərinin Türkiyəyə kömək etdiklərinə dair xəbər yayıb. Artıq dəstək göstərən ölkələr arasında qardaş Azərbaycan, Rusiya, Ukrayna, İran, Xorvatiya və İspaniya var. KİV-in məlumatına görə, bu siyahıda Avropa İttifaqı yoxdur. Fransa və Yunanıstan isə yardım göstərməkdən imtina ediblər. Halbuki “Köhnə dünya” və Yaxın Şərq arasında bufer rolunu oynayan və müharibənin dəhşətlərindən qaçan qaçqın axınının qarşısını alaraq, uzun illər Avropa İttifaqına böyük dəstək göstərən məhz Türkiyə olub. "Sivil Qərbin" bu cür münasibəti kimisə təəccübləndirə bilər, amma məni yox. Bundan bir neçə həftə əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsselin Ermənistana 2,6 milyard avro məbləğində maliyyə dəstəyi göstərməyə hazır olduğunu təsdiqləyib. Eyni zamanda, KİV-in məlumatına görə, yaxın 5 il ərzində Avropa İttifaqı Azərbaycana 150 milyon avroya yaxın vəsait ayırmağı planlaşdırır. Yəni, təxminən 17 dəfə az.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, biz bu dünyada, ilk növbədə, özümüzə arxalanmalıyıq. Bu gün Türkiyədə baş verən yanğınları laqeydcəsinə izləyənlər, on illərlə Qarabağın ekologiyasını məhv etmiş bir ölkəyə maliyyə dəstəyi üçün milyardlarla avro ayıranlar, çətin ki, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı təşəbbüslərimizi dəstəkləsinlər. Mən artıq yazmışdım ki, təkcə 2014-2018-ci illərdə Qarabağda bütün Ermənistandakından 2,3 dəfə çox ağac qırılıb. İşğal illərində ermənilər Qarabağın meşə örtüyünün təxminən 20 faizini məhv ediblər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, məhv edilmiş ağaclar arasında qoz, xurma, palıd və Eldar şamı kimi qiymətli ağac növləri də var. Ancaq işğal illərində Azərbaycanın meşə örtüyünün sistemli şəkildə məhv edilməsi ermənilərə azlıq edib. 44 günlük müharibə zamanı Qarabağın ekologiyasına daha böyük zərbə vuruldu – ermənilərin fosfor bombalarından istifadə etməsi nəticəsində baş verən yanğınlar meşə massivlərinin geniş ərazisini əhatə etdi. Hərbi əməliyyatların dayandırılması haqqında saziş bağlandıqdan sonra isə ermənilər möhlət hüququndan istifadə edərək Kəlbəcərdə tələm-tələsik meşələri qırmağa və evləri yandırmağa başladılar, təki bütün bunlar həmin torpağın əsl sahibi olan azərbaycanlılara qalmasın. 20 ildən artıq müddət ərzində dünya ictimaiyyəti (təbii ki, ən yaxın dostlarımız istisna olmaqla) nə edirdi? Bəli, erməni işğalçı qüvvələrinin Qarabağın təbii ehtiyatlarını talan etməsini, meşələri qırmasını, narkotrafikinqlə məşğul olmasını, su terroru törətməsini, cəbhəyanı bölgələri atəşə tutmasını, ərazilərimizə külli miqdarda mina basdırmasını və başqa qeyri-qanuni fəaliyyətlərdən çəkinməməsini dinməz-söyləməz izləyirdi. Biz işğalın nəticələrinin aradan qaldırılmasında həmin "səssiz müşahidəçilərin" dəstəyinə ümid bəsləyə bilərikmi? Mən buna şübhə edirəm. Deməli, biz, ilk növbədə, özümüzə arxalanmalıyıq. Şükürlər olsun ki, dövlətimizin xarici donorlardan kömək gözləmədən bu işə başlamaq üçün kifayət qədər resursları var.

Rəhman Hacıyev, eyni zamanda, bildirib ki, erməni işğalçıların Qarabağa vurduğu zərər həddindən artıq böyükdür. Söhbət onlarla yaşayış məntəqəsindən – yer üzündən silinmiş kənd, qəsəbə və şəhərlərdən gedir. Söhbət bu torpaqları yaşayış və qayıtmağımız üçün tamamilə yararsız hala salmaq məqsədilə dağıdılmış və ya tamamilə məhv edilmiş minlərlə evdən və tarixi abidələrdən gedir. Söhbət kəsilərək Ermənistana aparılmış yüz minlərlə gözəl ağacdan, o cümlədən endemik ağaclardan gedir. Söhbət faydalı qazıntıların amansızcasına hasil edilməsi nəticəsində yaranan zəhərli maddələrin atılması üçün istifadə olunan minlərlə hektar ərazidən gedir. Bir sözlə, söhbət İkinci Dünya müharibəsi zamanı nasist işğalının fəsadları ilə müqayisə edilə biləcək zərərdən gedir. Mənə tez-tez sual verirlər: "Qarabağa nə vaxt qayıda biləcəyik?" Mən dəqiq tarixi bilmirəm, amma bir şeydən tam əminəm ki, əgər biz Qarabağın bərpası prosesini sürətləndirmək istəyiriksə, bu müqəddəs missiyada dövlətimizi dəstəkləməliyik. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış müvafiq platformamız var – Qarabağ Dirçəliş Fondu. Fonda ianə etməklə, hər birimiz Qarabağın bərpasına öz töhfəmizi verə bilərik. Bu, niyə təhlükəsizdir? Bunun bir neçə səbəbi var. Onlardan, sadəcə, bir neçəsi aşağıdakılardır:

- Fond hər il dövlətimizin başçısına öz fəaliyyəti və bütün xərcləri ilə bağlı hesabat verəcək;

- Fond, həmçinin hər il ictimaiyyət qarşısında hesabat verəcək, görülən işlər və xərclənmiş vəsaitlər barədə ictimaiyyəti məlumatlandıracaq;

- Fond hər il beynəlxalq auditor şirkəti tərəfindən yoxlanılacaq və auditorların rəyini dərc edəcək;

- Fond yığılan ianələrin bir qəpiyini də öz inzibati xərcləri (əməkhaqqı, ofis icarəsi və sair) üçün xərcləmir və xərcləməyəcək.

Bu, bizim Müşahidə Şuramız tərəfindən təsdiq edilmiş prinsipial mövqeyimizdir (bu barədə tezliklə daha ətraflı yazacağam).

Ona görə də bu yazını yekunlaşdırarkən yaşadığı ölkədən asılı olmayaraq bütün qardaş və bacılarımıza müraciət etmək istərdim: Əgər siz Qarabağın, onun gözəl, sıx meşələrinin, tarixi abidələrinin, ev, məktəb və xəstəxanalarının bərpası prosesini sürətləndirmək istəyirsinizsə, bu prosesə öz töhfənizi verərək dövlətin səylərini dəstəkləyin. Bunun üçün cəmi bir neçə kliklə Qarabağ Dirçəliş Fonduna ianə köçürmək kifayətdir. Hər qəpik dəyərlidir!

PS: Erməni işğalçıların Qarabağa vurduqları ziyan barədə ətraflı məlumatı “Karabakh.Center” saytında (üç dildə) oxuya bilərsiniz: Cinayət. Преступная деятельность. Crime.

Ermənilər tərəfindən dağıdılmış minlərlə ev, abidə, qəbiristanlıq və görməli yerin fotoşəkillərinə “Karabakh.Center” saytında (üç dildə) baxa bilərsiniz: Urbisid. Урбицид. Urbicide. https://www.youtube.com/watch?v=nSVgxTQV_V4&feature=emb_title 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu