DÜNYA


Türkiyədə meşə yanğınlarının xeyli hissəsi söndürülüb VİDEO

Ankara, 25 iyun, AZƏRTAC

Türkiyənin Muğla bölgəsində bir neçə gündür tüğyan edən meşə yanğınlarının xeyli hissəsi söndürülüb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişci bölgədə qurulan Yanğın Böhran Mərkəzində məlumat verib.

Nazir bildirib ki, yanğına məruz qalan meşəlik ərazilərdə soyutma işləri davam edəcək.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə 10 nəfərlik heyətlə Muğla bölgəsində yanğınların söndürülməsində iştirak edir.

Qeyd edək ki, Azərbaycanın “BE-200ÇS” amfibiya tipli təyyarəsi, suyun üzərində durmadan 18-20 saniyəyə 12 ton su götürmə qabiliyyətinə malikdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.