DÜNYA


Türkiyədə meydana gələn 125 yanğın hadisəsindən 117-si söndürülüb

İstanbul, 2 avqust, AZƏRTAC

Türkiyə ərazisində iyulun 28-dən bu günədək meydana gələn 125 yanğın hadisəsindən 117-si tamamilə söndürülüb və ya nəzarət altına alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə qardaş ölkənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli bildirib.

Çərşənbə gününə qədər yanğın bölgəsində havanın rütubətinin aşağı olacağını deyən nazir, isti və quru hava şəraitinin təxminən bir həftə davam edəcəyini xatırladaraq əhalini bununla bağlı daha diqqətli olmağa çağırıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.