DÜNYA


Türkiyədə mikroavtobus aşıb, ölənlər var VİDEO

İstanbul, 20 fevral, AZƏRTAC

Türkiyənin Mersin şəhərinin Silifke rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşıb. Qəza nəticəsində dörd nəfərin öldüyü, çox sayda yaralının olduğu bildirilir.

AZƏRTAC xəbər verir ki, qəza baş verən əraziyə polis, çox sayda xilasedici və təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.