MƏDƏNİYYƏT


Türkiyədə muzeylərin sayı 500-ə çatır

Bakı, 7 sentyabr, AZƏRTAC

Türkiyədə muzeylərin sayı 2020-ci ildə 5,8 faiz artaraq 494-ə çatıb.

AZƏRTAC Türkiyənin Anadolu informasiya agentliyinə istinadən xəbər verir ki, həmin muzeylərin 205-i Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində, 289-u isə xüsusi muzey kateqoriyasında yer alır. Nazirliyin tabeliyində olan muzeylərdə 3 milyon 278 min 114 əsər qorunur.

Türkiyədə COVID-19 epidemiyasi ilə əlaqədar nazirliyə tabe olan muzeyləri ziyarət edənlərin sayı 2019-cu ilə nisbətən 2020-ci ildə 73,6 azalaraq 9 milyon 241 min 912 nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.