DÜNYA


Türkiyədə növbəti 56 saatlıq “Evdə qal!” rejimi başlayıb

Ankara, 15 yanvar, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyətlərə uyğun olaraq növbəti 56 saatlıq “Evdə qal!” rejimi başlayıb.

AZƏRTAC xəbər verir ki, yanvarın 15-də Ankara vaxtı ilə saat 21:00-da qüvvəyə minən bu rejim yanvarın 18-də saat 5:00-dək davam edəcək.

Qeyd edək ki, hazırda Türkiyədə “Evdə qal!” rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.

Yanvarın 13-dən infeksiyaya qarşı “Sinovac” vaksini ilə peyvəndləməyə start verilməsi ictimaiyyətdə COVID-19 virusu ilə mübarizənin səmərəli olacağına böyük ümidlər yaradıb.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.