DÜNYA


Türkiyədə növbəti “Evdə qal!” rejimi başlanıb

Ankara, 19 fevral, AZƏRTAC

Türkiyədə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində fevralın 19-da Ankara vaxtı ilə saat 21:00-da növbəti 56 saatlıq “Evdə qal!” rejiminin tətbiqinə başlanılıb. Üç gün davam edəcək məhdudiyyət fevralın 22-də saat 5:00-də başa çatacaq.

AZƏRTAC xəbər verir ki, hazırda Türkiyədə “Evdə qal!” rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.

Səhiyyə Nazirliyinin məlumatına görə, fevralın 19-da Türkiyədə ümumilikdə 116 min 674 nəfər testdən keçirilib. Onlardan 7 min 419 nəfərdə infeksiya aşkarlanıb. Gün ərzində bu xəstəlikdən 82 nəfər ölüb, 7 min 498 nəfər isə sağalıb.

Qeyd edək ki, Türkiyədə məlum infeksiyaya qarşı Çindən alınan “Sinovac” vaksini ilə kütləvi peyvəndləmə qrafikə uyğun davam edir. Fevralın 11-dən etibarən peyvənd olunanlara ikinci dozanın vurulmasına başlanılıb. Səhiyyə Nazirliyinin məlumatına görə, müəyyən edilmiş qrafik üzrə peyvəndləmənin aparılması üçün ölkədə kifayət edəcək qədər vaksin var və onun ölkəyə gətirilməsi planlı şəkildə davam edir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.