DÜNYA


Türkiyədə növbəti “Evdə qal!” rejimi üç gün qüvvədə olacaq

Ankara, 22 aprel, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirləri çərçivəsində növbəti “Evdə qal!” rejiminə start verilib. Ənənəvi həftə sonu tətbiq olunan budəfəki məhdudiyyət 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı ilə əlaqədar olaraq aprelin 22-də Türkiyə vaxtı ilə 19.00-da (Bakı vaxtı ilə 20.00) qüvvəyə minib.

AZƏRTAC xəbər verir ki, budəfəki “Evdə qal!” rejimi aprelin 26-da yerli vaxtla saat 5.00-dək qüvvədə olacaq. Gələn həftənin ilk beş günü isə qismən qapanma tədbirləri çərçivəsində “Evdə qal!” məhdudiyyəti saat 19:00-dan səhər saat 05:00-dək tətbiq ediləcək.

Qeyd edək ki, Türkiyədə COVID-19 virusuna qarşı mübarizə tədbirləri çərçivəsində məhdudiyyətlər Ramazan ayı boyunca nisbətən sərtləşdirilib. Buna baxmayaraq, hazırda ölkə üzrə kütləvi yoluxma, gündəlik ölüm halında və ağır xəstələrin sayında dinamik artım davam edir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.