DÜNYA


Türkiyədə ödənişli əsgərlik üçün 357 mindən çox müraciət qeydə alınıb

İstanbul, 19 avqust, AZƏRTAC

Türkiyədə ödənişli əsgərlik üçün avqustun 17-dək 357 min 350 çağırışçı müraciət edib.

AZƏRTAC xəbər verir ki, 61 min 843 nəfərin müraciətinə müsbət cavab verilib. Sentyabrın 15-də bu çağırışçılardan 12 min nəfəri hərbi hissələrdə təlimə başlayacaq.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin ödənişli əsgərliklə bağlı qəbul etdiyi qanun iyulun 25-də qüvvəyə minib. Qanuna əsasən, çağırışçılar 15 min Türkiyə lirəsi (hazırkı məzənnə ilə təxminən 2500 ABŞ dolları) ödəyib 30 gün xidmət etməklə məcburi hərbi qulluqlarını başa vuracaqlar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.