DÜNYA


Türkiyədə ölümlərə səbəb olan saxta içkilərin istehsalında səth təmizləyicilərindən istifadə edilib

İstanbul, 25 oktyabr, AZƏRTAC

Türkiyədə oktyabrın 9-dan bu günədək saxta içkidən zəhərlənərək ölənlərin sayı 71-ə çatıb.

AZƏRTAC xəbər verir ki, ölümlərə səbəb olan saxta içkilərin bir hissəsinin səth təmizləyicilərindən, bəziləri isə metanol miqdarı yüksək olan etil spirti etiketli məhsullardan istifadə edilərək istehsal olunduğu müəyyən edilib.

Son iki həftə ərzində saxta içki istehsalı və satışının qarşısının alınması məqsədilə Türkiyədə etil spirti və alkoqollu içkilərin satıldığı 3098 iş yerində axtarış və yoxlamalar aparılıb. Bu axtarışlar nəticəsində saxta, eləcə də qanunsuz yollarla Türkiyəyə gətirilən 161 min 62 litr və 6102 şüşə spirtli içki aşkarlanaraq müsadirə edilib. Əməliyyatlar zamanı saxlanılan 100-ə yaxın şübhəlidən 40-ı həbs olunub.

Əməliyyatlar davam etdirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.