DÜNYA


Türkiyədə ötən gün 1703 nəfər koronavirusa yoluxub

Ankara, 8 sentyabr, AZƏRTAC

Türkiyədə koronavirus (COVID-19) infeksiyasına gündəlik yoluxma və ölüm halında artım davam etməkdədir.

AZƏRTAC Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, sentyabrın 7-də ölkə üzrə 103 min 925 nəfər koronavirus testindən keçirilib. Onlardan 1703 nəfər xəstə çıxıb. Bu göstərici əvvəlki günlə müqayisədə 91 nəfər çoxdur. Sutka ərzində 1047 nəfər sağalıb, 57 xəstə dünyasını dəyişib. Gündəlik ölüm halında da artım davam edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə əhaliyə müraciət edib ki, maska taxmaq, sosial məsafə saxlamaq və təmizlik qaydalarına əməl etmək koronavirusla mübarizədə hər kəsin borcudur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.