DÜNYA


Türkiyədə pirotexniki vasitələrin istehsalı fabrikində baş verən partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb

İstanbul, 5 iyul, AZƏRTAC

Türkiyənin Sakarya vilayətinin Hendek rayonunda yerləşən pirotexniki vasitələrin istehsalı fabrikində baş vermiş partlayışdan sonra dağıntılar altından daha iki nəfərin cəsədi çıxarılıb. Bununla hadisə nəticəsində həlak olanların sayı 6-ya çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Sakarya valisi Çetin Oktay Kaldırım bildirib.

Hazırda dağıntılar altında qaldığı ehtimal edilən bir nəfərin axtarışlarının davam etdirildiyini deyən vali, partlayış zamanı xəsarət alan 122 nəfərin xəstəxanaya yerləşdirildiyini, onlardan 114-nün artıq evə buraxıldığını söyləyib. Digər işçilərdən beşinin vəziyyəti normal, üçünün isə orta ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, hadisə iyulun 3-də baş verib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.