DÜNYA


Türkiyədə planlaşdırılan terror aktının qarşısı alınıb

İstanbul, 13 avqust, AZƏRTAC

Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda terror aktı törətməyi planlaşdıran şəxs ələ keçirilib.

AZƏRTAC xəbər verir ki, həmin şəxs İŞİD terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində keçirilən əməliyyat nəticəsində saxlanılıb. O, terrorçu qruplaşmanın tapşırığı ilə ən yaxın polis bölməsinə hücum edib üzərindəki partlayıcı qurğunu işə salaraq terror aktı törətməyi planlaşdırdığını etiraf edib. Həmin şəxsin evində aparılan axtarış zamanı üzərində partlayıcı maddələrin quraşdırıldığı jilet və müxtəlif ləvazimatlar ələ keçirilib.

Bundan əlavə, terrorçunun İnegöl bölgəsində baş vermiş beş yanğının törədilməsində də iştirak etdiyi müəyyənləşdirilib.

Faktla bağlı araşdırma araşdırılır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.