DÜNYA


Türkiyədə postpandemiya dövrünə keçid planı hazırlanır

İstanbul, 23 fevral, AZƏRTAC

Türkiyənin Nazirlər Kabinetinin COVID-19-la əlaqədar növbəti iclasından sonra Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamalarına əsasən, martın birindən etibarən ölkədə virusla bağlı qadağaların yumşaldılması gözlənilir.

AZƏRTAC xəbər verir ki, yumşaldılma tədbirləri çərçivəsində təlim-tədris prosesi, o cümlədən ali təhsil müəssisələrinin ənənəvi təhsilə keçməsi, həftəsonu və yaş həddinə görə qadağaların yumşaldılması, kafe, restoran və bu kimi digər ictimai-iaşə obyektlərinin açılması nəzərdə tutulur.

Mərhələli normallaşma prosesi ilə bağlı hazırlanan yeni yol xəritəsinə əsasən, bir sıra qurumların, o cümlədən ali təhsil müəssisələrinin daxili qərarlar əsasında ənənəvi fəaliyyətə keçməsi gözlənilir. Bu qərarlar vilayətlərdə yoluxma hallarının “az”, “orta”, “yüksək” və ya “çox yüksək” olması əsasında veriləcək.

Ölkədə postpandemiya dövrünə keçid prosesi şəhərdəki xəstəxanalarda, eləcə də reanimasiya şöbələrində yatan və süni nəfəs cihazına bağlı xəstə, yoluxma, test sayları və bölgədə 10-14 gün ərzində yoluxma sürətinə əsasən, sosial məsafə qaydaları çərçivəsində aparılacaq.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.