DÜNYA


Türkiyədə qaçaqmalçılığa qarşı əməliyyat zamanı 800 yaşı olan kitab aşkarlanıb

Ankara, 15 sentyabr, AZƏRTAC

Türkiyənin Diyarbəkir bölgəsində qaçaqmalçılardan təxminən 800 yaşı olan qədim kitab aşkarlanaraq götürülüb.

AZƏRTAC xəbər verir ki, polisin kitab qaçaqmalçılığı ilə bağlı keçirdiyi xüsusi əməliyyat zamanı ceyran dərisi üzərində yazılmış 30 səhifəlik İncil və eyni materialdan olan ivrit dilində yazılmış fərman aşkarlanıb.

Polisin şübhəli qismində altı nəfəri həbs etdiyi bildirilir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.