CƏMİYYƏT


Türkiyədə qadınlara qarşı zorakılıq hallarının sayı ötən illə müqayisədə azalıb

İstanbul, 2 iyul, AZƏRTAC

Türkiyədə ailədaxili və qadınlara qarşı zorakılıq hallarının sayı ötən illə müqayisədə azalıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin bu barədə yaydığı məlumatda 2020-ci ilin ilk altı ayında ölkədə belə cinayətlərin və zorakılıq hallarının sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz azaldığı bildirilib. Cari ilin birinci yarısında bu növ cinayətlər nəticəsində 115 qadın həlak olub. Ötən ilin eyni dövründə bu rəqəm 173 olub.

Ölkədə bu istiqamətdə qabaqlayıcı tədbirlərlə bağlı qəbul olunan qərarların sayı ötən illərə nisbətən 66 faiz artıb. Bu məqsədlə ailədaxili və qadına qarşı zorakılıqla mübarizəyə dair Türkiyənin polis və jandarma qüvvələrinin əməkdaşları da daxil olmaqla 111 mindən çox şəxsi əhatə edən təlimlər keçirilib. Bundan əlavə, 2018-ci ildən etibarən istifadəyə verilən “Qadınlara təcili dəstək” (KADES) mobil tətbiqi vasitəsilə bu günədək 33 min 97 qadına yardım göstərilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.