DÜNYA


Türkiyədə qanunsuz miqrantları daşıyan qayıq batıb

İstanbul, 9 noyabr, AZƏRTAC

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunun sahillərinə yaxın bölgədə ölkəni qanunsuz yolla tərk etmək istəyən miqrantları aparan rezin qayıq batıb.

AZƏRTAC xəbər verir ki, qayıqda olan yeddi nəfərdən altısı Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas edilib.

Hazırda itkin düşən bir nəfərin axtarışları davam edir. Axtarışlara helikopterlər cəlb olunub.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.