DÜNYA


Türkiyədə qar səbəbindən 52 vilayətdə məktəblər bağlanıb VİDEO

Ankara, 19 yanvar, AZƏRTAC

Türkiyənin əksər bölgələrində havanın temperaturu kəskin aşağı düşüb, güclü qar yağır. Bu səbəbdən ölkənin 52 vilayətində məktəblər bağlanıb.

AZƏRTAC xəbər verir ki, bir sıra bölgələrdə avtomagistrallarda hərəkət dayandırılıb.

Təkcə Tarsus-Adana-Qaziantəp magistralında iki min insan yollarda qalıb. Xilasedici dəstələr onların köməyinə çatıb.

Güclü qarın davam etməsi və yolların buz bağlaması ilə bərabər havanın çənli olması nəqliyyatın hərəkətində böyük çətinliklər yaradıb. Əhaliyə müraciət edilib ki, qarlı və çovğunlu bölgələrdə ciddi zərurət olmadıqla yola çıxmasınlar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.