DÜNYA
Türkiyədə qatar qəzası nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb
Bakı, 13 dekabr, AZƏRTAC
Bu gün səhər saatlarında Ankara-Konya reysini həyata keçirən sürət qatarının Marşandiz stansiyasına daxil olarkən qəzaya uğraması nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, qəza nəticəsində, həmçinin 46 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onların 3-nün vəziyyəti ağırdır.
Hadisə yerinə gələn Ankara valisi Vasip Şahin qəzanın səbəbi barədə məlumat verərək deyib ki, sürət qatarı həmin yolda olan lokomotivlə toqquşub. Nəticədə üç vaqon relsdən çıxaraq aşıb.
Qəza zamanı qatarda 206 sərnişinin olduğu bildirilir.
Hazırda hadisə yerində xilasetmə əməliyyatları davam etdirilir, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]