DÜNYA


Türkiyədə qayığın batması nəticəsində dörd nəfər ölüb

İstanbul, 26 mart, AZƏRTAC

Ege dənizinin Türkiyənin Çanaqqala şəhərinin Ayvacık bölgəsinə yaxın hissəsində içərisində qaçqınların olduğu qayıq batıb. Onlar Yunanıstanın Midilli adasına getmək istəyirmişlər.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində üçü qadın və biri uşaq olmaqla 4 nəfər həyatını itirib. Digər 11 nəfər xilas edilərək yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.